Bakı Fond Birjasının 2024-cü ilin III rübündə “Azərbaycan Kapital Bazarına dair Bülleten”inə görə, hesabat dövründə birjada həyata keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 283 milyon 078 798 min manat təşkil edib.
GDP xəbər verir ki, hesabat dövründə birjada 1 698 əməliyyat həyata keçirilib. Bakı Fond Birjasında orta gündəlik ticarətin həcmi 18 milyon 444 min 263 manat olub.
Birjada dövlət istiqrazları ilə ticarət həcmi 3 milyard 283 milyon 078 708 min manat təşkil edib. Ticarət əməliyyatlarının sayı isə 1 698, orta gündəlik ticarət həcmi: 18 milyon 444 min 263 manat, orta gündəlik əməliyyat sayı isə 9,54 olub.