Bu gün günorta saatlarında ABŞ-da yanacaq ehtiyatları və inflyasiya ilə bağlı məlumatların gözlənilməsi fonunda neftin qiyməti artmağa davam edib.
GDP xəbər verir ki, dünya bazarları üçün əsas hadisə ABŞ-da noyabr ayı üzrə istehlak qiymətləri dinamikası haqqında hesabatın saat 16:30-da (Bakı vaxtı ilə) dərc edilməsidir.
Bundan əlavə, bazar iştirakçıları ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya neftinin ixracına qarşı daha sərt sanksiyaları nəzərdən keçirdiyi ilə bağlı KİV-lərin məlumatlarını qiymətləndirirlər.
Londondakı ICE Futures birjasında Brent markalı neftin fevral fyuçersləri Bakı vaxtı ilə 15:35-də 0,65 dollar və ya 0,9% bahalaşaraq bir barel üçün 72,84 dollar səviyyəsində ticarət olunur.
Eyni zamanda, Nyu-York əmtəə birjasında WTI markalı neftin yanvar fyuçersləri bu zamanadək 0,66 dollar və ya 0,96% artaraq bir barel üçün 69,25 dollar təşkil edib.