“Azər-Türk Bank”ın İdarə Heyətinin üzvlərindən biri olan İslam Musayev vəzifəsindən ayrılıb.
GDP xəbər verir ki,bu dəyişiklikdən sonra bankın İdarə Heyətinin üzvlərinin sayı dördən üçə düşüb.
Hazırda “Azər-Türk Bank”ın İdarə Heyətinə Orxan Hüseynov sədrlik edir. İdarə Heyətinin digər üzvləri isə Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərovdur.
Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb və bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edir. Prezident İlham Əliyevin Bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanına əsasən, kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib