Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, yeni müştəri olan rezident fiziki şəxslər gücləndirilmiş elektron imza və video çəkiliş vasitəsilə açdıqları ödəniş hesablarından bir təqvim ayı ərzində yalnız 1000 (bir min) manatadək və ya bunun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarını həyata keçirə bilərlər.
Rüstəmovun sözlərinə görə, bu tələb bütün ödəniş xidməti təchizatçılarına, o cümlədən banklara və elektron pul təşkilatlarına şamil edilir.
Bu məhdudiyyət rəqəmsal bankçılıq xidmətlərində təhlükəsizliyin artırılması və potensial maliyyə fırıldaqçılığının qarşısının alınması məqsədi daşıyır.