2025-cü ilin oktyabr ayında “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ümumi dəyəri 20 milyon manat olan istiqraz buraxılışını 27 oktyabr tarixində dövlət qeydiyyatına aldırmışdır. Şirkət istiqrazları “kütləvi təklif” üsulu ilə satışa çıxarıb.
Eyni gündə, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti də istiqraz buraxılışı həyata keçirib. Şirkət 20 milyon ABŞ dolları dəyərində olan 20,000 ədəd istiqrazı qapalı yerləşdirmə üsulu ilə buraxmışdır. Hər bir istiqrazın nominal dəyəri 1,000 ABŞ dolları təşkil edir və ümumi buraxılışın həcmi 20 milyon ABŞ dolları olaraq müəyyən edilib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrın 3-dən 30-dək olan dövr ərzində yerli səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən manat və xarici valyutada əhəmiyyətli həcmdə kapital cəlb etmək üçün qiymətli kağız buraxılışları həyata keçirilmiş və uğurla dövlət qeydiyyatına alınmışdır.

