Azərbaycanın dövlət neft şirkəti SOCAR, Qətər hökumətinin maliyyə dəstəyi ilə Suriyanın paytaxtı Dəməşqdəki beynəlxalq hava limanına yanacaq tədarükü üçün məsuliyyət daşıyacaq.
GDP xəbər verir ki,məlumata görə, yanacağın Azərbaycandan göndərilməsi gözlənilmir, təchizatı şirkətin beynəlxalq ticarət qolu olan SOCAR Trade həyata keçirəcək.
Qeyd edək ki, SOCAR-ın aviasiya yanacağı ilə təminat sahəsində artıq təcrübəsi var. Şirkət, Türkiyədəki İstanbul Hava Limanında yerüstü xidmətlər üçün yanacaq tədarük edir və həmin aeroporta daxil olan yanacaqdoldurma məntəqələri şəbəkəsinə nəzarət edir.
İstanbulda SOCAR brendi altında fəaliyyət göstərən doqquz yanacaqdoldurma məntəqəsi mövcuddur.

