Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb.
Belə ki, əsas maliyyə aləti olan uçot dərəcəsi 6,75%, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 7,75% səviyyəsinə endirilib.
Qeyd edilib ki, qərar qəbul olunarkən bir sıra amillər nəzərə alınıb. Bunlara faktiki və gözlənilən inflyasiyanın hədəf interval olan 4±2% ilə uyğunluğu, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı vəziyyət, daxili makroiqtisadi meyillər, habelə pul-kredit siyasəti qərarlarının real sektora ötürülməsinin xüsusiyyətləri daxildir.

