İqtisadiyyat Naziri Mikayıl Cabbarov, sürətlə böyüyən mərkəzləşdirilməmiş süni intellekt (AI) hesablama şəbəkəsi olan Gonka layihəsinin yaradıcıları Liberman qardaşları ilə görüşüb.
GDP xəbər verir ki, görüşdə, Gonka layihəsinin inkişafı və bu sahədə Azərbaycanın potensialı müzakirə olunub.
Liberman qardaşları, Bitfury-dən 50 milyon dollarlıq investisiya əldə edərək diqqət cəlb etmiş bir komanda olaraq, texnoloji inkişafda mühüm rol oynayır. Görüşdə, Azərbaycanın süni intellekt və hesablama infrastrukturu sahəsindəki inkişafı və bu sahədəki təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Cabbarov, Azərbaycanın mərkəzləşdirilməmiş texnologiyalar sahəsindəki irəliləyişini və regional əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Gonka layihəsinin, Azərbaycan və digər regional ölkələr arasında texnoloji əməkdaşlığı gücləndirmək üçün böyük bir potensiala malik olduğu qeyd edilib.


Müəllif:Aynur Qəniyeva


