Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov, TVP World telekanalına verdiyi müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamalar verib.
GDP -nin məlumatına görə, Əmirbəyov qeyd edib ki, Zəngəzur dəhlizi geniş bir layihədir və bir neçə strateji marşrutu özündə birləşdirə bilər. O, bu dəhlizin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcəyini və həmçinin Ermənistanla Azərbaycan arasında birbaşa əlaqə yaradacağını vurğulayıb. Bundan əlavə, Zəngəzur dəhlizi, Asiya ilə Avropa arasında alternativ nəqliyyat dəhlizi olaraq, ticarət həcminin artmasına imkan yaradacaq.
Cənab Əmirbəyov, Zəngəzur dəhlizinin Ermənistanla Azərbaycan arasında əlaqələri gücləndirəcəyini və beynəlxalq ticarət yollarını daha əlverişli edəcəyini bildirib. O, həmçinin, bu layihənin davamlı sülhə töhfə verəcəyini və iqtisadi faydaların iki ölkə arasında qarşılıqlı asılılığı gücləndirəcəyini qeyd etdi. Bu cür layihələrin sülhü təmin etməklə yanaşı, siyasi əlaqələri də möhkəmləndirəcəyinə inandığını vurğulayıb.
Elçin Əmirbəyov, sülhün yalnız iqtisadi aspektlərdən deyil, həm də siyasi və sosial əlaqələrdən ibarət olduğunu qeyd edərək, sülh müqaviləsinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əsaslandığını bildirdi. O, sülhün zamanla sosial və cəmiyyətlərarası etibar ilə möhkəmlənəcəyinə inandığını da qeyd edib.
Əmirbəyovun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsi, yalnız region üçün deyil, həm də bütün Avropa və Asiya üçün strateji əhəmiyyət kəsb edir və gələcəkdə beynəlxalq əlaqələrə böyük təsir göstərəcək.
Müsahibənin tam versiysına buradan baxa bilərsiniz.
Müəllif: Aynur Qəniyeva

