2025-ci ilin noyabr ayı ərzində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən idarə olunan “E-Şikayət” sisteminə ümumilikdə 484 şikayət daxil olub.
GDP xəbər verir ki,İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mətbuat xidmətinin yayımladığı məlumata istinadla xəbər verir ki, bu müraciətlərin paylanması aşağıdakı kimi olmuşdur:
-
48,2% – internet (GPON, ADSL və s.) və məftilli telefon rabitəsi xidmətləri üzrə.
-
34,9% – mobil internet və mobil rabitə xidmətləri üzrə.
-
16,9% – poçt rabitəsi xidmətləri üzrə.
Ay ərzində hər gün sistemdə orta hesabla 16 şikayət qeydiyyatdan keçib. Ümumi müraciətlər ölkədəki 54 telekommunikasiya və poçt xidməti təchizatçısı ilə bağlı olub.
Yalnız telekommunikasiya xidmətləri üzrə şikayətlərin ən böyük payı – 50% internet xidmətlərinə, 42,1% mobil internet və rabitəyə, 7,9% isə telefon rabitəsinə aid edilib.
Qeyd edək ki, “E-Şikayət” sistemi vasitəsilə vətəndaşların rəylərinin sistemli şəkildə toplanması və təhlili, tənzimləyici orqana bazarı yaxşıdan-yaxşıya monitorinq etmək və təkliflər hazırlamaq imkanı yaradır

