Close Menu
    What's Hot

    Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

    06 Noyabr 2026

    PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026
    Trending
    • Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi
    • PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
    • TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
    • Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
    • Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur
    • “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək
    • “Atəşgah Həyat”ın İdarə Heyətinə yeni üzv təyin olunub
    • Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər kommunikasiyanın strateji əhəmiyyəti
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
      Recent

      PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      ABŞ birjalarında fərqli dinamika: Dow Jones yüksəlib, Nasdaq geriləyib

      28 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026
      Recent

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026

      SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır

      05 Noyabr 2026

      Elnur Soltanov: “Biz hasilatın pay bölgüsü sazişlərini bir dəfə də olsun dəyişməmiş ölkəyik”

      04 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » Azərbaycanın qiymətli kağızlar bazarının 42%-dən artığına nəzarət edən PAŞA Kapital İnvestisiya Şirkətinin Əməliyyat həcminin artım dinamikası və struktur təhlili
    Birja

    Azərbaycanın qiymətli kağızlar bazarının 42%-dən artığına nəzarət edən PAŞA Kapital İnvestisiya Şirkətinin Əməliyyat həcminin artım dinamikası və struktur təhlili

    11 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024–2025 müqayisəsinə əsasən, PAŞA Kapital İnvestisiya Şirkətinin  ümumi əməliyyat həcmi 26,834,694,838 manatdan 44,719,984,119 manata yüksəlib. Bu, 17,885,289,281 manat artım və 66.64% böyümə deməkdir. Ümumi artımın əsas mənbəyi dövriyyənin daha çox repo və dövlət istiqrazları istiqamətinə yönəlməsi, yəni portfelin daha “likvid və nisbətən aşağı riskli” alətlərə doğru genişlənməsidir.

    PAŞA Kapital İnvestisiya Şirkətinin cəmi dövriyyəsində ən böyük artım repo əməliyyatlarında qeydə alınıb: bu ticarət aləti üzrə əməliyyat həcmi 17,331,632,818 manatdan 30,088,076,403 manata yüksələrək 12,756,443,585 manat  və ya  73.60% artıb. Repo həcminin bu qədər yüksəlməsi adətən bazarda qısamüddətli likvidlik tələbinin artması, bazar iştirakçılarının müvəqqəti pul yerləşdirmə ehtiyacının güclənməsi və repo alətinin operativ maliyyələşmə/likvidlik idarəetməsi üçün daha aktiv istifadə olunması ilə bağlı olur. Digər tərəfdən, repo həcminin böyüməsi bazarda ticarət aktivliyinin artması fonunda gündəlik maliyyə axınlarının daha çox repo ilə tənzimlənməsinə işarə edir.

    PAŞA Kapital İnvestisiya Şirkətinin cəmi dövriyyəsində ikinci böyük artıma səsbəb  dövlət istiqrazları üzrə dövriyyə həcmidir: Bu seqment üzrə İnvestisiya şirkətinin ticarət həcmi 6,845,106,820 manatdan 12,209,602,214 manata yüksələrək 5,364,495,394 manat  və ya 78.37% artıb. Bu dinamika çox vaxt investorların və institusional iştirakçıların riskdən yayınma meyli gücləndikdə, yəni daha stabil və dövlət təminatlı alətlərə üstünlük verdikdə baş verir. Dövlət istiqrazlarının payının artması həm də bazarda faiz gəliri gözləntilərinin daha cəlbedici olması və portfelin sabit gəlirli alətlərlə balanslaşdırılmasına yönələn strategiyanın nəticəsi kimi də özünü göstərə bilər.

    PAŞA Kapital İnvestisiya Şirkətinin ticarət həcmində korporativ istiqrazlar da müsbət dinamika nümayiş etdirib: 1,293,808,736 manatdan 1,660,368,682 manata qalxaraq 366,559,946 manat və ya 28.33% artıb. Bu artım bazarda korporativ emitentlərə marağın qorunduğunu və ya yeni yerləşdirmələrin/hərracların daha aktiv keçdiyini göstərir. Adətən korporativ istiqrazlarda artımın arxasında daha yüksək gəlirlilik axtarışı, müəyyən sektor və emitentlərə inamın artması, həmçinin portfeli dövlət istiqrazları ilə yanaşı gəlirliliyi yüksəldən alətlərlə diversifikasiya etmə istəyi dayanır.

    Səhm dövriyyəsi rəqəmsal olaraq kiçik olsa da, nisbi artım yüksəkdir: 2,900,814 manatdan 4,876,897 manata yüksələrək 1,976,083 manat və ya 8.12% artıb. Bu, bazarda səhmlərə marağın müəyyən qədər canlandığını göstəricisi kimi qiymətləndirilir. Səbəb kimi investorlarda qiymət artımı gözləntiləri, ayrı-ayrı şirkətlər üzrə müsbət xəbərlər/hesabatlar, yaxud ümumi bazar sentimentinin yaxşılaşması kimi amillər çıxış edə bilər. Lakin məbləğin ümumi portfelin daxilində payı kiçik olduğuna görə, bu artım ümumi böyüməyə həlledici təsir göstərmir, daha çox tamamlayıcı trend kimi görünür.

    Artım fonunda yeganə ciddi azalma Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağız aləti hesab olunanan notları  (pul bazarı alətləri kimi qavranılan qısa müddətli istiqamət) üzrədir: bu seqment üzrə İnvestisiya şirkətinin ümumi ticarət həcmi 1,361,245,650 manatdan 757,059,923 manata enərək 604,185,727 manat  və ya 44.38% geriləyib. Yəni 2025-də iştirakçılar qısamüddətli alətlərdə passiv qalmaq əvəzinə, daha yüksək həcmlə repo bazarında likvidlik idarə edib, eyni zamanda dövlət və korporativ istiqrazlar vasitəsilə daha sistemli yerləşdirmələrə üstünlük veriblər. Başqa sözlə, bu seqment üzrə geriləmə  bazarda marağın azalmasından çox, struktur dəyişikliyi — yəni dövriyyənin daha böyük həcm yaradan alətlərə “köçməsi” təsiri bağışlayır.

    Nəticə etibarilə, PAŞA Kapitalın 2025-dəki ümumi böyüməsi əsasən iki sütun üzərində dayanır: repo əməliyyatlarının kəskin genişlənməsi və dövlət istiqrazlarının əhəmiyyətli artımı. Korporativ istiqrazlar və səhmlər müsbət dinamikanı dəstəkləsə də, ümumi artımı “daşıyan” əsas həcmi repo və dövlət istiqrazları formalaşdırır. ARMB-dəki azalma isə ən real ssenaridə portfelin və əməliyyat strukturunun daha likvid, daha böyük həcmli və daha məqsədyönlü alətlərə yönəlməsi ilə əlaqəlidir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

    06 Noyabr 2026

    ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

    04 Noyabr 2026

    133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

    04 Noyabr 2026

    Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

    02 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.