Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə əsas göstəriciləri açıqlayıb.
O bildirib ki, 2025-ci ildə 2024-cü illə müqayisədə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə müraciətlərin sayı artaraq 64 454-dən 70 596-ya yüksəlib və bu, 9,5% artım deməkdir. “Alqı-satqı əməliyyatları üzrə qeydiyyatların sayı da müsbət dinamika göstərərək 121 121-dən 122 379-a çatıb, artım 1% təşkil edib.”
Onun sözlərinə görə eyni zamanda, bəzi əməliyyat növləri üzrə azalma qeydə alınıb.” Vərəsəlik əsasında qeydiyyatlar 41 018-dən 37 406-ya enərək 9%, bağışlama əməliyyatları isə 44 489-dan 39 116-ya düşərək 12% azalıb. Bununla yanaşı, digər əməliyyatlar kateqoriyasında artım müşahidə olunub və göstərici 37 887-dən 41 777-yə yüksəlib ki, bu da 10%artım deməkdir.”
Nigar Alimova Ümumilikdə, 2024-cü illə müqayisədə 2025-ci ildə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə artım dinamikası qeydə alınıb və bu, daşınmaz əmlak sahəsində hüquqi rəsmiləşdirmə proseslərinin aktivləşdiyini göstərir.

