Son 30 ticarət sessiyası ərzində qızılın qiymət volatilliyi bitkoinin volatilliyini üstələyib. Bu isə qeyri-adi hal hesab olunur, çünki qiymətli metal ənənəvi olaraq daha sabit aktiv sayılır.
GDP xəbər verir ki,bu barədə Bloomberg yazır.
Belə vəziyyət bitkoinin 17 illik tarixində cəmi iki dəfə qeydə alınıb. Onlardan biri ötən ilin may ayında, ABŞ prezidenti Donald Trampın elan etdiyi idxal rüsumlarının yaratdığı bazar panikası fonunda baş verib.
Cümə günü qızılın qiyməti 9% ucuzlaşıb ki, bu da son 10 ilin ən yüksək günlük enişidir. Həmin enişdən əvvəl qiymətli metal unsiya üçün 5 594,82 dollar səviyyəsində tarixi maksimuma yüksəlmişdi. Bazar ertəsi günü qızıl demək olar ki, 10% dəyər itirsə də, sonradan bərpa olunub və Moskva vaxtı ilə saat 15:47-yə olan məlumata görə 1,7% bahalaşaraq 4 825 dollar səviyyəsinə yüksəlib.
Bitkoinin məzənnəsi isə bazar ertəsi günü 2% artaraq 77,9 min dollar səviyyəsinə çatıb.
Son 12 ay ərzində qızılın qiyməti 66% artdığı halda, bitkoin 21% dəyər itiri

