Avropada qaz qiymətləri QatarEnergy şirkətinin LNG (maye təbii qaz) istehsalını dayandırması ilə bağlı xəbərlər fonunda artımı sürətləndirib.
GDP xəbər verir ki, TTF habında təbii qaz fyuçersləri 44,6% bahalaşaraq pik həddə 1 000 kubmetr üçün təxminən 569 dollara çatıb.
Bloomberg-in şirkətin açıqlamasına istinadən yazdığına görə, QatarEnergy Ras-Laffan kompleksinə edilən hərbi hücumlardan sonra maye təbii qaz istehsalını dayandırıb.
Enerji İqtisadiyyatı və Maliyyə Analizi İnstitutunun aparıcı analitiki Ana Mariya Yaller-Makareviç bildirib ki, Aİ-də “panika anı” yaşanır, çünki bütün üzv dövlətlər kifayət qədər enerji ehtiyatına malik deyil.
Qətər dünyada ikinci ən böyük LNG istehsalçısıdır. Yaller-Makareviç əlavə edib ki, əgər Qətər LNG tədarükləri məhdudlaşdırılarsa, bundan ən böyük faydanı Rusiya əldə edə bilər. O qeyd edib: “Qətər LNG tədarükləri dayandırılarsa, Rusiya üçün imkan yarana bilər.”
Polşa isə LNG tədarükü baxımından 20 faiz həcmdə Qətərdən asılıdır.

