2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 644,9 milyon manat və ya 16,5% çoxdur. 2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 3 milyard 908,2 milyon manat olaraq qeydə alınmışdı.
Martın 1-nə olan məlumata görə, ölkə ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 111 383-ə çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 104 995 ədəd idi. Beləliklə, bir il ərzində NKA parkı 6 388 ədəd və ya 6,08% artıb.
Bildirilir ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə imkan yaradıb.

