Bu ilin fevral ayında Azərbaycanda orta gündəlik xam neft hasilatı 458 min barel təşkil edib. Bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
GDP xəbər verir ki, yanvar ayı ilə müqayisədə göstərici 1 min barel artaraq eyni səviyyədə qalıb. 2025-ci ilin rübləri üzrə orta gündəlik hasilat birinci rübdə 466 min barel, ikinci rübdə 461 min barel, üçüncü və dördüncü rüblərdə isə 459 min barel olub.
“OPEC+” razılaşmasına əsasən, Azərbaycanın 2026-cı il üçün gündəlik hasilat kvotası 551 min barel müəyyən edilib. Fevralda faktiki hasilat kvotadan 93 min barel aşağı olub. Ötən il ölkədə orta gündəlik neft hasilatı 461 min barel təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 20 min barel azdır.

