Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) maliyyə sektorunda ciddi dəyişikliklər baş verir.
GDP xəbər verir ki, bir sıra iri maliyyə qurumları əməliyyatlarını Dubaydan digər mərkəzlərə köçürmək qərarına gəlib.
Almaniyanın Deutsche Bank ofislərini boşaldaraq əməliyyat mərkəzini BƏƏ-dən kənara çıxarır. Eyni zamanda, nüfuzlu hedj-fondu Millennium da işçilərinin Dubaydan Cersi adasına (İngilis Kanalı) transferini nəzərdən keçirir.
Ekspertlər bu addımı qlobal maliyyə mərkəzləri arasında rəqabətin güclənməsi və regionda tənzimləmə mühitinin dəyişməsi ilə əlaqələndirirlər.

