S&P Beynəlxalq Reytinq Agentliyi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun Özbəkistanda fəaliyyət göstərən DavrBank haqqında açıqlamasından sonra DavrBankın reytinqlərinə yenidən baxıb.
GDP-nin məlumatına görə, agentlik Bankın “B” uzunmüddətli emitent kredit reytinqini müsbət gözləntilərlə “CreditWatch” siyahısına daxil edib. Bankın qısamüddətli “B” reytinqinə isə “Pozitiv” proqnozu verib.
ekspertlərinin rəyinə görə, satınalma başa çatandan sonra Davr Bank ABB Maliyyə Qrupunun dəstəyindən faydalanacaq.
Davr-Bank ABB Maliyyə Qrupunun ümumi aktivlərinin və kapitalının 10%-11%-ni təşkil edəcək. Davr-Bankın orta kapital gəlirliliyi son bir neçə il ərzində davamlı şəkildə 35%-dən yüksək olub. S&P Beynəlxalq Reytinq Agentliyi bu göstəricinin növbəti üç il ərzində də güclü qalacağını və ən azı 20%-25%-dən yuxarı olacağını proqnozlaşdırır. Bu sövdələşmə ABB-nin coğrafi genişlənmə və regional oyunçu kimi mövqelərini gücləndirmə hədəfinə uyğundur.

