Close Menu
    What's Hot

    Rabitəbankda yeni təyinat

    10 İyul 2026

    Xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə sanksiyalar ləğv edilir

    10 İyul 2026

    Rabitəbankda yeni təyinat

    10 İyul 2026
    Trending
    • Rabitəbankda yeni təyinat
    • Xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə sanksiyalar ləğv edilir
    • Rabitəbankda yeni təyinat
    • İlin ilk yarısında dövlət sifarişi ilə 66,9 milyon manatlıq ərzaq alınıb
    • Zəmanət mexanizmində 21,4% artım-İpoteka bazarında struktur dəyişikliyi baş verib
    • Süni intellekt üçün internet Bakcelldən
    • SOCAR-ın prezidenti Rövşən Nəcəf “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru Karlo Korsi ilə görüşüb
    • Yubiley pullarını indi “TuranBank” və “Bank of Baku”dan da əldə etmək mümkün olacaq
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Rabitəbankda yeni təyinat

      10 İyul 2026
      Recent

      Rabitəbankda yeni təyinat

      10 İyul 2026

      Rabitəbankda yeni təyinat

      10 İyul 2026

      Zəmanət mexanizmində 21,4% artım-İpoteka bazarında struktur dəyişikliyi baş verib

      09 İyul 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin reytinqi: bazar payları və dövriyyə üzrə müqayisəli təhlil

      08 İyul 2026

      Azərbaycan kapital bazarında 2026-cı ilin ilk yarısı: həcmdə azalma, əməliyyat sayında artım və bazarın struktur dəyişikliyi-TƏHLİL

      07 İyul 2026

      “Paşa Kapital”da mühüm təyinat – Orxan Salayev Baş direktor təyin olunub

      03 İyul 2026

      “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib

      30 İyun 2026

      ABŞ-ın neft ehtiyatları gözlənilmədən artdı – bazar təklif artıqlığından narahatdır

      08 İyul 2026

      Braziliyada yağışlar qəhvəni bahalaşdırdı – bir ayda +40%

      07 İyul 2026

      Qlobal bazarlarda ziddiyyətli dinamika – Dollar indeksi yüksəlib, qiymətli metallar geriləyir

      01 İyul 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ-ın neft ehtiyatları gözlənilmədən artdı – bazar təklif artıqlığından narahatdır

      08 İyul 2026

      İnvestisiya şirkətlərinin reytinqi: bazar payları və dövriyyə üzrə müqayisəli təhlil

      08 İyul 2026

      Azərbaycan kapital bazarında 2026-cı ilin ilk yarısı: həcmdə azalma, əməliyyat sayında artım və bazarın struktur dəyişikliyi-TƏHLİL

      07 İyul 2026

      Braziliyada yağışlar qəhvəni bahalaşdırdı – bir ayda +40%

      07 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      İlin ilk yarısında dövlət sifarişi ilə 66,9 milyon manatlıq ərzaq alınıb

      10 İyul 2026
      Recent

      İlin ilk yarısında dövlət sifarişi ilə 66,9 milyon manatlıq ərzaq alınıb

      10 İyul 2026

      Süni intellekt üçün internet Bakcelldən

      09 İyul 2026

      SOCAR-ın prezidenti Rövşən Nəcəf “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru Karlo Korsi ilə görüşüb

      09 İyul 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » Xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə sanksiyalar ləğv edilir
    Rəsmi

    Xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə sanksiyalar ləğv edilir

    10 İyul 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir.

    GDP xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü növbədənkənar plenar sessiyasında müzakirəyə çıxarılan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

    Həmçinin sənədə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

    Bundan başqa, layihədə adıçəkilən məcəllənin “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama” adlı 208-ci maddəsinin ləğv edilməsi nəzərdə tutulur. Buna uyğun olaraq, Cinayət-Prosessual Məcəllənin 215 və 467-13-cü maddələrində Cinayət Məcəlləsinin 208-ci maddəsinə olunan istinadlar ləğv edilir.

    Texnoloji yeniliklərə uyğun olaraq, Məcəllənin 244-1.2.2-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, maddədə qumar oyunlarının təşkili və ya keçirilməsinin virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədilməsi halları da nəzərə alınacaq.

    244-1.2 maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (on min manatdan on beş min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək. Həmçinin, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

    Qanun layihəsində “İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda da dəyişiklik edilməsi nəzərdə tutulur. Qanunun 13-3-cü maddəsindəki dəyişikliyə əsasən, Qanunun 13-2.3.5-13-2.3.9-cu və 13- 2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

    Layihə müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

    06 İyul 2026

    Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq

    01 İyul 2026

    Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

    29 İyun 2026

    “İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik”

    18 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.