ABB Invest ABB mobile tətbiqinin investisiya bölməsində yeni dizayn və funksiyaları istifadəyə verib.
GDP xəbər verir ki,yenilənmə ilə istifadəçilər ABŞ və yerli bazarlardakı portfellərini vahid ekranda izləyə, “Kəşf et” bölməsində ETF-lər, analitik proqnozlar və investisiya ideyaları ilə tanış ola bilərlər.
Tətbiqə əlavə olunan “Dostunu dəvət et” funksiyası vasitəsilə yeni müştərilər ABŞ bazarı üzrə investisiya hesabı açdıqdan sonra 30 gün ərzində əməliyyat komissiyalarına 50 faiz endirim əldə edirlər. Dəvət edən şəxs isə dostunun ödədiyi komissiya məbləği qədər bonus qazanır.
ABB Invest yeniliklərlə investisiya xidmətlərini daha rahat, sürətli və əlçatan etməyi hədəfləyir.

