Mərkəzi Bankın Faiz dəhlizinin parametrlərinə dair relizində bildirilib ki, ölkədə illik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8% təşkil edib. Bu göstərici hazırkı makroiqtisadi proqnozlarla üst-üstə düşür.
Məlumatlara əsasən, illik qiymət artımı əsas qruplar üzrə aşağıdakı kimi fərqlənib:
· qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə – 7,1%;
· ödənişli xidmətlər üzrə – 5,6%;
· qeyri-qida məhsulları üzrə – 3,8%.
İllik baza inflyasiya isə 5,5% səviyyəsində qeydə alınıb.
Relizdə vurğulanır ki, mövcud inflyasiya dinamikası proqnozlaşdırılan trayektoriyadan kənara çıxmır və qiymət sabitliyinin qorunması istiqamətində müəyyən edilmiş hədəf parametrləri çərçivəsində qalır.

