Bizim proqnozlarımıza görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 87,7 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 327 ABŞ dolları olacaq.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.
“2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 82,8 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 294 ABŞ dolları olacağını gözləyirik”, – o vurğulayıb.
Qeyd edək ki, AMB-nin sonuncu proqnozunda 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 84,5 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 324 ABŞ dolları olacağı, 2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 78 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 290 ABŞ dolları olacağı açıqlanmışdı.

