Beynəlxalq ödəniş sistemi Mastercard rəqəmsal valyutalar sahəsində ən böyük satınalmalarından birini başa çatdırıb. Şirkət B2B kriptoödəniş infrastrukturu üzrə ixtisaslaşan BVNK startapını 1,8 milyard dollara alıb.
Mastercard-dan verilən açıqlamada bildirilir ki, satınalmanın əsas məqsədi stebleykounların beynəlxalq korporativ köçürmələrə, hesablaşmalara və likvidliyin idarə olunmasına inteqrasiyasıdır. Şirkət rəsmiləri vurğulayıblar ki, ödənişlərin gələcəyi fiat pullar, stebleykounlar və tokenləşdirilmiş aktivlərin sinerjisindədir. Bu satınalma sadəcə texnologiya alışı deyil, həm də korporativ hesablaşmaların pərakəndə seqmentdən tez əsas axına çevriləcəyinə edilən strateji mərcdir.
Bazar iştirakçıları bu sövdələşməni siqnal kimi dəyərləndirirlər: qlobal ödəniş nəhəngləri stebleykounlara artıq niş eksperiment kimi yanaşmır. Sövdələşmənin həcmi (1,8 milyard dollar) institusional investorların rəqəmsal hesablaşmalara marağının sürətlə artdığını göstərir. Analitiklər proqnozlaşdırırlar ki, bu sahədə Visa, Mastercard və yeni fintech oyunçuları arasında rəqabət yaxın illərdə xeyli kəskənləşəcək.

