2026-cı ilin ilk yarısında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 91,6 milyon manat vəsait bərpa edilib.
GDP xəbər verir ki,hesabatda bildirilir ki, maliyyə nəzarəti tədbirləri ümumilikdə 83 təşkilatı əhatə edib. Bunlardan 51-i hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar, 32-si isə plandankənar yoxlamalar əsasında yoxlanılıb.
Bundan başqa, ilkin maliyyə nəzarəti nəticəsində 2,6 milyon manatlıq vəsaitin istifadəsinin qarşısı alınıb.

