Qızılın qiyməti avqustun əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb
GDP xəbər verir ki,dolların möhkəmlənməsi fonunda çərşənbə günü qızılın qiyməti ucuzlaşır.
Bakı vaxtı ilə saat 16:15-ə olan məlumata görə, Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 1,6% azalaraq bir unsiya üçün 4 119 dollara düşüb. Bu, avqustun əvvəlindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Gümüşün qiyməti 2,5% azalaraq bir unsiya üçün 60,06 dollara, platinin qiyməti isə 4,8% geriləyərək 1 626,5 dollara düşüb.

