ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumatlarına görə, Apple-ın keçmiş baş icraçı direktoru Tim Kuk şirkətin təqribən 192 min səhmini satıb. Sövdələşmənin ümumi dəyəri təxminən 64 milyon ABŞ dolları təşkil edir.
GDP xəbər verir ki, satış 2 oktyabr tarixində dörd mərhələdə həyata keçirilib. Səhmlər 331,4 ABŞ dollarından 333,9 ABŞ dollarına qədər qiymət aralığında satılıb.
Qeyd edilir ki, bu sövdələşmədən və CEO vəzifəsinin Con Ternusa verilməsindən sonra da Tim Kuk Apple-ın 3,23 milyondan çox səhminə sahibdir. O, şirkətin əsas birgə sahiblərindən biri olaraq qalır.

