Hazırda Azərbaycanın bank sektorunda kapital adekvatlığı tələblərini yerinə yetirmək üçün əlavə kapitala ehtiyacı müəyyən edilmiş bank yoxdur.
GDP xəbər verir ki,bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib.
Onun sözlərinə görə, bank sektorunun kapital göstəriciləri mövcud prudensial normativlərdən əhəmiyyətli dərəcədə yüksəkdir.
Baş direktor qeyd edib ki, Bazel III standartlarına keçidlə bağlı nəzərdə tutulan dəyişikliklərin bank sektoruna mümkün təsirləri əvvəlcədən qiymətləndirilir.
Şahin Mahmudzadə bildirib ki, yeni tənzimləmə tələbləri tətbiq olunmazdan əvvəl müvafiq hesablamalar aparılır, sektor nümayəndələri ilə müzakirələr keçirilir və zərurət yarandıqda banklara uyğunlaşma üçün keçid müddəti verilir.
Onun sözlərinə görə, əsas məqsəd bankların maliyyə imkanlarını və institusional hazırlığını nəzərə almaqla yeni standartlara mərhələli keçidi təmin etməkdir.

