Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı il oktyabrın 30-na 15 milyard 430,4 milyon ABŞ dollarına çatıb.
GDP xəbər verir ki, AMB-nin açıqladığı statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 62,1 milyon dollar və ya 35,7% çoxdur. 2025-ci il oktyabrın 31-nə ehtiyatların həcmi 11 milyard 368,3 milyon dollar təşkil edib.
Sentyabrın sonunda AMB-nin valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollar olub. Beləliklə, oktyabr ərzində ehtiyatlar 67 milyon dollara yaxın və ya 0,4% artıb.
2025-ci ilin sonu ilə müqayisədə isə ehtiyatlarda 3 milyard 915,5 milyon dollar və ya 34% artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin sonunda AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar səviyyəsində olub.

