Brent markalı neftin bir barreli 84,08 dollara yüksəlib
GDP xəbər verir ki, neft qiymətləri keçən həftə yüksəlişdən sonra bazar ertəsi ticarətdə sabit qalıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 84,08 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,1 dollar və ya 0,12%)bahadır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyun ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,02 dollar və ya 0,02% ucuzlaşaraq 80,04 dollar olub.
İyun müqavilələrinin müddəti çərşənbə axşamı bitir. Daha aktiv şəkildə satılan WTI markalı neftin iyul fyuçersləri ticarət zamanı 0,05 dollar və ya 0,06% bahalaşaraq 79,63 dollar/barelə çatıb.
Trending
- Rusiyadan Ermənistana Azərbaycan tranziti ilə növbəti buğda tədarükü həyata keçirilir
- Dünyanın 8 neft nəhənginin qazancı iki dəfə artaraq 90 milyard dolları ötüb
- Argentinada sikkənin metalı nominalından baha oldu: insanlar onları əridib satmağa başladılar
- PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub
- Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib
- Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard: Avropa süni intellekt inqilabından kənarda qala bilməz
- Avrozonada illik inflyasiya 2,9%-ə yüksəlib
- bp AÇG-də profilaktik işlər başlayır: Üç platformada hasilat azalacaq

