Avro, FED-in bu il faiz dərəcələrini azaldacağı gözləntilərinin artması və dolların zəifliyi fonunda may ayının sonuna doğru 1,08 dollar ətrafında hərəkət edərək mart ayında müşahidə edilən ən yüksək səviyyəyə yaxınlaşıb.
GDP xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) iyun ayından etibarən borclanma xərclərini azaldacaq, lakin bundan başqa demək olar ki bütün faktorlarda qeyri-müəyyənliklər var, bir çox brokerlər ehtiyatlı yanaşmanı tövsiyyə edir.
Avropada inflyasiya səviyyəsi hazırda 2,4% təşkil edir ki, bu da AMB-nin 2% hədəfinə çox yaxındır və bir il əvvəl müşahidə edilən 7%-lik göstəricidən xeyli aşağıdır.
Həmçinin, Avrozona üçün yeni Ümumi Daxili Məhsul proqnozları iqtisadiyyatın birinci rübdə tənəzzüldən çıxdığını bir növ sübut etmiş oldu. Avropa Komissiyasının yeni proqnozları yumşaq eniş ssenarisinə işarə etməyə davam edir.