Qəhvə istehsalında geniş istifadə edilən robustanın qiyməti son 45 ilin ən yüksək qiymətinə ticarət olunur.
GDP xəbər verir ki, aprel ayında robustanın 1 funtu orta hesabla 1,94 dollar təşkil edib ki, bu da mart ayı ilə müqayisədə demək olar ki, 17% bahalşmanın göstəricisidir.
Bahalaşmanın səbəbi kimi dünyanın ən böyük robusta istehsalçısı olan Vyetnam keçmiş və cari mövsümlərdə zəif məhsuldarlıqdan sonra “təchizatla bağlı çətinliklərlə üzləşir”.