“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən Bakı Fond Birjasında “PASHA Yatırım Bankası” A.Ş-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları yerləşdiriləcək.
GDP xəbər verir ki,”PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yayımlayıb.
Məlumatda bildirilir: ” Yerləşdiriləcək istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi həcmi 25 000 000 ABŞ dolları təşkil edir. Qiymətli kağızların əsas anderrayteri qismində isə Azərbaycanın kapital bazarında fəaliyyət göstərən şirkətlər sırasında ən böyük dövriyyəyə malik olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.”