Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51,8 % çox olub ki, bu da proqnozdan 1,5 faiz bəndi çoxdur.
GDP xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6,867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur”, – deyə o qeyd edib.