Bakı Fond Birjasında 2024-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 686 milyon 648,891 min manat təşkil edib.
GDP Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətinin göstərilən dövr ərzində həyata keçirdiyi repo müqavilələrinin məbləğinə görə renkinqini təqdim edir.
Qeyd edək ki, repo müqaviləsi – qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür