Mərkəzi Bank tərəfindən kommersiya banklarının nağd pulla əməliyyat aparan əməkdaşları üçün təqdimatların keçirilməsi davam etdirilir.
GDP xəbər verir ki, təşkil olunan növbəti təqdimatda “Pul nişanlarının dəyişdirilməsi ilə bağlı Qanunvericilikdə edilmiş dəyişikliklər” və “Milli və xarici valyuta pul nişanlarının mühafizə sistemi” mövzuları əhatə olunub.
Təqdimat aktual məsələlərin müzakirəsi ilə davam edib. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.