Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 18 milyard 616,9 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Yarımillik göstəricinin 4 milyard 280,6 milyon manat hissəsi ilkin bazarda, 14 milyard 336,3 milyon manatlıq hissəsi təkrar bazarda (2,9 dəfə çox) formalaşıb.