Bundan əvvəl ölkədə unun qiymətinin 50 kiloqramlıq kisəsi 29,5 manatdan 28,5 manata düşdüyü bildirilirdi.
Bununla belə, iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, un, buğda və çörəyin daxili bazarında kifayət qədər rəqabət yoxdur ki, bu da qiymətlərin təbii azalmasının qarşısını alır.
O, bildirib ki, yanacaq xərclərinin artması nəqliyyat xərclərinə və deməli, çörəyin qiymətinə təsir göstərsə də, qiymətlərin enməsi ancaq hökumətin təzyiqi ilə mümkündür.