Amerika fond indeksləri ticarəti enişlə başa vurub.
GDP xəbər verir ki, ticarət günü yüksək volatilliklə yadda qalıb – xüsusən də Nasdaq indeksi erkən ticarətdə 1%-dən çox bahalaşıb, lakin 2020-ci ilin may ayından bəri ən kəskin gündaxili dalğalanmaları qeydə alaraq sessiyanı 2,3% azalaraq başa vurub.
Ölkənin Əmək Departamentinin ilkin məlumatlarına görə, ABŞ-da ikinci rübdə əmək məhsuldarlığı əvvəlki rüblə müqayisədə 2,3%, əmək xərcləri isə 0,9% artıb.