İqtisadçı ekspert Vüqar Bayramov ünvanlı sosial yardımın artırılmasının ehtiyac meyarının dəyişməsi ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıb.
GDP xəbər verir ki, onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfi təqdim olunanda ünvanlı sosial yardımın artımının hansı səviyyədə olacağı müəyyənləşəcək.
“Əgər büdcə zərfində ehtiyac meyarının artırılması ilə bağlı sənəd varsa, bu, praktikada 2025-ci ilin yanvar ayından ünvanlı sosial yardımın məbləğinin də artacağına gətirib çıxaracaq”