Azərbaycan Respublikası Dövlət Neft Fondu 01 avqust 2024-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
GDP xəbər verir ki, 2024-cü ilin 7 ayı ərzində (yanvar-iyul) AÇG yatağından 3 milyard 607,7 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 364 milyon 465 min ABŞ dolları olmaqla cəmi 3 milyard 972 milyon 165 min ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 113 milyon 878 min ABŞ dolları təşkil edib.
Qeyd: Dövlət Neft Fondu 2023-cü ilin 7 ayı ərzində AÇG yatağı üzrə 4 milyard 158 miylon ABŞ dolları, Şahdəniz yatağı üzrə 1 milyard 141 milyon ABŞ dolları olmqla cəmi 5 milyard 299 milyon ABŞ dolları gəlir əldə etmişdir. Beləliklə, bu il Fondun Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirləri 1 milyard 327 milyon ABŞ dolları və ya 25% azalıb.