Ticarət zamanı neftin qiyməti yenidən artmağa başlayıb.
GDP xəbər verir ki, açıqlanan statistik məlumatlar investorların ABŞ əmək bazarının vəziyyəti və ABŞ-da tənəzzül ehtimalı ilə bağlı qorxularını azaldıb və ümumilikdə risk iştahının artmasına gətirib çıxarıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 17:55-ə 78,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,58 dollar və ya 0,74% çoxdur.
Nyu-Yorkun əmtəə birjasında keçirilən hərraclar zamanı sentyabr ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,8 dollar və ya 1,06% artaraq 76,03 dollar/barelə çatıb.