“Fitch Ratings” beynəlxalq reytinq agentliyi AIKGF və Cənub Qaz Dəhlizinin avrobondlarının reytinqini “BBB-” səviyyəsinə yüksəldib.
GDP xəbər verir ki, agentlik “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) təmin olunmamış avrobondlarının uzunmüddətli xarici valyutada reytinqini “BB+”dan “BBB-”-yə yüksəldib.
Reytinq tədbirləri Azərbaycanın IDR-nin “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilməsindən sonra həyata keçirilir.