“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AZFiNA) üzvü olan fintex şirkətləri arasında kapital bazarı və səhm bazarının inkişafı mövzusunda görüş keçirilib.
GDP xəbər verir ki,görüş zamanı AFBİA-nın icraçı direktoru Murad Yəhyayev kapital bazarı və bazar iştirakçıları, həmçinin assosiasiyanın fəaliyyət planı haqqında təqdimatla çıxış edərək iştirakçılara geniş məlumat verib.
Məlumata görə görüşdə həmçinin “ABB İnvest”in əməkdaşı Elçin Məmmədov isə Azərbaycan Beynəlxalq Bankın səhmlərinin kütləvi təklifi, investisiya imkanları, dividend ödənişləri haqqında iştirakçılara ətraflı məlumat vermiş və görüş iştirakçılarının suallarını cavablandırıb


