BOKT “Embafinans” QSC-nin AZ2008020607 İSİN kodlu qiymətli kağızı tədavül müddəti bitdiyinə görə delistinq edilib.
GDP xəbər verir ki, bu barədə bakı Fond Birjası məlumat yayımlayıb.
Qeyd edək ki, BOKT “Embafinans” QSC ilk istiqrazını 2018-ci ilin oktyabr ayında emissiya etmişdir və 2 mln. AZN dəyərində emissiya edilən istiqrazlar tam satılmışdır.
2018-ci ilin dekabr ayında 1 mln. AZN dəyərində, 2019-cu ilin fevral ayında 2 mln. AZN dəyərində, 2019-cu ilin aprel ayında 1 mln. AZN dəyərində, 2019-cu ilin noyabr ayında 1 mln. AZN dəyərində, 2020-ci ilin iyul ayında 1.5 mln. AZN dəyərində istiqraz emissiya edilmiş və hərracda tam həcmdə satılmışdır.
2021-ci ilin iyun ayında hərraca çıxarılan növbəti 1.5 mln. AZN dəyərində istiqrazlar tam həcmdə satılmışdır.
BOKT “Embafinans” QSC maliyyə dayanıqlığı və likvidlik göstəricilərinə görə investorları cəlb etdiyi üçün təşkilatın istiqrazlarına maraq getdikcə artır. Sonuncu istiqraz emissiyası hər birinin dəyəri 1000 AZN olmaqla 1500 ədəd olmuşdur və 10,5 faizlə yerləşdirilmişdir. Qiymətli kağızlar bazarında bu istiqrazlar üzrə anderrayter xidmətini “ABB-İnvest İnvestisiya şirkəti” QSC həyata keçirib.