Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib
    Birja

    ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

    13 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ABB İnvest İnvestisiya Şirkətinin  2024–2025 ticarət nəticələrinin müqayisəsi göstərir ki, şirkətin BFB-də ümumi ticarət həcmi 2024-cü ildə 59,071,219,597 manat olduğu halda 2025-ci ildə 38,393,923,670 manata enib və bu, 20,677,295,927 manat məbləğində və ya 35.0% azalma deməkdir. Bu geriləmənin əsas ağırlıq mərkəzi repo əməliyyatlarıdır: repo əməliyyatları 56,657,067,188 manatdan 32,523,403,926 manata düşüb ki, bu da 24,133,663,262 manat və ya 42.6% azalma deməkdir. Yəni ümumi dövriyyənin azalması ən çox repo seqmenti üzrə aktivliyin zəifləməsi ilə izah olunur. Repo 2024-cü ildə ABB İnvest-in dövriyyəsində dominant paya malik idi, 2025-ci ildə isə bu pay həm həcmin düşməsi, həm də digər alətlərin nisbi artımı fonunda əhəmiyyətli dərəcədə zəifləyib.

    GDP xəbər verir ki, bununla paralel, ABB İnvestin 2025-ci ilin yanvar-dekabr aylarını əhatə edən ticarət nəticələrində dövlət istiqrazları üzrə kəskin artım müşahidə olunur: dövriyyə 1,871,137,867 manatdan 5,071,204,237 manata yüksəlib ki, bu da 3,200,066,370 manat və ya 171.04% artım deməkdir. Bu dinamika bir neçə amillə izah oluna bilər: bazarda risk iştahının azalması fonunda daha təhlükəsiz alətlərə yönəlmə, faiz təklifinin  və gəlirlilik səviyyələrinin dövlət istiqrazlarını daha cəlbedici etməsi, həmçinin portfelin daha çox sabit gəlirli alətlər istiqamətində yenidən balanslaşdırılması. Başqa sözlə, 2025-ci ildə ABB İnvest ticarət davranışında repo kimi qısamüddətli likvidlik əməliyyatlarından qismən çıxaraq, dövriyyəni daha çox dövlət borc alətləri üzərindən formalaşdırmağa üstünlük verib.

    ABB İnvest İnvestisiya şirkətinin 2025-ci ilin sonuna olan ticarət göstəricilərində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB)qiymətli kağızları üzrə də artım qeydə alınıb. Bu seqmentdə dövriyyə 105,516,394 manatdan 201,980,736 manata yüksəlib ki, bu da 96,464,342 manat və ya 91.42% artım deməkdir. Bu artım repo azalmasının yaratdığı boşluğu tam doldurmasa da, şirkətin likvid və nisbətən aşağı riskli alətlərə yönəlmə xəttini tamamlayır. ARMB kağızları adətən qısa və orta müddətdə likvidliyin idarə olunması və portfelin müvəqqəti yerləşdirilməsi üçün istifadə edildiyindən, bu istiqamətdəki artım ümumi strategiya ilə uyğunluq təşkil etdiyi müşahidə edilir.

    ABB İnvest İnvestisiya şirkətinin ötən ilin sonuna olan ticarət nəticələrində korporativ istiqrazlar üzrə də müsbət dinamika müşahidə olunur. Bu alət üzrə Bakı Fond Birjasında ABB İnvest tərəfindən aparılan ticarət üzrə dövriyyə 323,977,736 manatdan 579,314,676 manata yüksəlib və nəticədə 255,336,940 manat və ya 78.81% artım qeydə alınıb. Bu göstərici ABB İnvest-in yalnız tam konservativ strategiyaya keçmədiyini, eyni zamanda daha yüksək gəlirlilik axtarışını korporativ borc alətləri vasitəsilə davam etdirdiyini göstərir. Lakin korporativ istiqrazlardakı artımın repo bazarındakı azalmanın miqyasını kompensasiya etmədiyi də açıq görünür.

    ABB İnvestin ötən ilə dair ticarət göstəricilərində ən kəskin geriləmə səhm bazarında baş verib. Səhm əməliyyatlarının həcmi 113,520,411 manatdan 18,020,096 manata düşüb ki, bu da 95,500,315 manat və ya 84.13% azalma deməkdir. Bu tendensiya bazarda səhm alətlərinə marağın azalması, likvidliyin zəifləməsi və ya investorların üstünlüyü daha sabit və az riskli borc alətlərinə verməsi ilə izah oluna bilər. Eyni zamanda bu, ABB İnvest-in öz ticarət strategiyasında səhmlərin prioritetinin xeyli aşağı düşdüyünü göstərir.

    Ümumilikdə, ABB İnvest-in 2024–2025-ci illər üzrə ticarət nəticələri sadəcə həcmlərin azalması deyil, açıq şəkildə struktur dəyişikliyini əks etdirir. 2024-cü ildə dövriyyənin əsas lokomotivi repo bazarı idisə, 2025-ci ildə repo əməliyyatlarının zəifləməsi fonunda dövlət istiqrazları, eləcə də qismən ARMB və korporativ istiqrazlar ön plana çıxıb. Lakin repo bazarındakı 42.6%-lik azalma o qədər böyükdür ki, digər alətlərdə müşahidə olunan artımlar ümumi dövriyyəni yuxarı çəkmək üçün kifayət etmir və nəticədə şirkətin ümumi ticarət həcmi 35.0% azalır.

    Bu mənzərə onu deməyə əsas verir ki, 2025-ci ildə ABB İnvest-in repo üzərindən likvidliyin yerləşdirilməsi və ya cəlb edilməsi imkanları əvvəlki illə müqayisədə daha məhdud olub və ya bazar şəraiti bunu təşviq etməyib. Nəticədə şirkət dövriyyəni daha çox borc alətləri, xüsusilə dövlət istiqrazları hesabına formalaşdırmağa çalışsa da, repo bazarının yaratdığı yüksək həcm effekti olmadığı üçün ümumi ticarət göstəriciləri aşağı səviyyədə qalıb.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

    06 Avqust 2026

    Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

    05 Avqust 2026

    Brent nefti 79,01 dollara düşüb

    05 Avqust 2026

    ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

    30 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.