Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə ölkənin aparıcı onlayn bilet platforması olan iTicket arasında strateji əməkdaşlıq sənədi imzalanıb.
GDP xəbər verir ki,bu barədə ABB-nin Tərəfdaşlıq Münasibətləri Departamentinin direktoru Farid Salahov məlumat yayıb.
Tərəfdaşlıq müştərilər üçün yeni xidmətin təqdim edilməsi ilə yanaşı, bankçılığın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.
ABB olaraq gələcəyin bankının təkcə maliyyə əməliyyatlarını həyata keçirən qurum deyil, həm də etibarlı rəqəmsal ekosistem formalaşdıran həyat tərzi tərəfdaşı olduğu vurğulanır. Bu baxışla bank müştərilərin dəyişən ehtiyaclarını qabaqlayan innovativ həllər təqdim edir və güclü tərəfdaşlıqlar vasitəsilə xidmət ekosistemini davamlı olaraq genişləndirir.
Qeyd edilib ki, iTicket-in bilet satışı sahəsindəki zəngin təcrübəsi ilə ABB-nin geniş müştəri bazası və güclü rəqəmsal imkanlarının birləşməsi müştəri təcrübəsini yeni səviyyəyə yüksəldəcək və hər iki tərəf üçün uzunmüddətli dəyər yaradacaq.
“Əminəm ki, bu əməkdaşlıq uğurlu layihələrin və yeni imkanların başlanğıcı olacaq. Ən önəmlisi isə, bunun faydasını müştərilərimiz hiss edəcəklər”, – deyə Farid Salahov bildirib.
Xatırladaq ki, iTicket Azərbaycanda online bilet satışı üzrə aparıcı platformalardan biridir.



