ABŞ fond indeksləri çərşənbə günü hərracların əvvəlində ucuzlaşır.
GDP xəbər verir ki, neft qiymətlərinin yüksəlməsi və dövlət istiqrazlarının gəlirliliyinin artması bazara təzyiq göstərir.
Sessiyanın əvvəlində yarımkeçirici sektorunda fəaliyyət göstərən şirkətlərin səhmləri nəzərəçarpacaq dərəcədə ucuzlaşır. Micron Technology-nin səhmləri 1,7%, Advanced Micro Devices və Broadcom-un səhmləri 1,3%, Marvell Technology-nin səhmləri isə 2% dəyər itirib.
Bakı vaxtı ilə saat 16:57-yə olan məlumata görə, Dow Jones indeksi 0,98% azalaraq 51 017,2 bəndə düşüb. İndeksdə ən çox ucuzlaşan Caterpillar Inc. olub — şirkətin səhmləri 4,5% geriləyib.
S&P 500 indeksi 1% azalaraq 7 775,26 bəndə enib. Nasdaq indeksi 0,7% geriləyərək 27 406,36 bənd səviyyəsində ticarət olunur.

