Author: Aynure Gdp

Ucuzlaşma:— Mis ? (-2.28%)— Platin ? (-1.40%) Bahalaşma:— Dəmir filizi (CNY) ? (+1.38%)— Titan ? (+1.10%)— Qızıl ? (+0.78%)

Read More

Məşhur sahibkar və “Tesla” şirkətinin rəhbəri İlon Mask ABŞ-ın qızıl ehtiyatlarının yoxlanılmasını tələb edib. GDP xəbər verir ki, o, Fort-Noksdakı qızıl ehtiyatlarının auditi aparılmalı olduğunu vurğulayaraq, bunun Amerika cəmiyyətinə məxsus olduğunu və onun yerində qalıb-qalmadığını öyrənmək istədiklərini bildirib. Maskın bu çağırışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Fort-Noks ABŞ-ın qızıl ehtiyatlarının böyük bir hissəsinin saxlanıldığı yer hesab edilir və uzun illərdir onun məzmunu barədə fərziyyələr və şübhələr mövcuddur. ABŞ hökuməti və Federal Ehtiyat Sistemi bu çağırışa hələlik rəsmi reaksiya verməyib.

Read More

2024-cü il ərzində Azərbaycanda ən çox vergi ödəyən şirkətlərin siyahısı açıqlanıb. GDP Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda sement istehsal edən şirkətkətlər arasında ən çox vergini  “NORM” ASC ödəyib. Dövlət Vergi Xidmətinin məlumatlara görə, “NORM” ASC 2024-cü ildə 42 milyon manat vergi ödəyərək ödədiyi verginin həcminə görə, sement istehsalçıları arasında birinci yeri tutub. Şirkət ölkədə tikinti və infrastruktur layihələrinin əsas sement təminatçılarından biri hesab olunur. Siyahıda ikinci pillədə isə “HOLCİM (AZƏRBAYCAN)” ASC qərarlaşıb. İsveçrənin tanınmış “Holcim Group” şirkətinə məxsus müəssisə ötən il 28,8 milyon manat vergi ödəyib. Uzun illərdir Azərbaycanda sement və beton istehsalı ilə məşğul olan şirkət ölkənin tikinti sektorunun əsas sement…

Read More

ABŞ fond bazarı tarixindən ən həssas dövrlərindən birini yaşayır. “Bank of America” (BofA) ekspertlərinin araşdırmalarına görə, bazarın “zəifliyi” tarixin ən yüksək səviyyəsinə çatıb. GDP xəbər verir ki, bu indikator S&P 500 indeksinə daxil olan ən böyük 50 şirkətin qiymət hərəkətinin son dövrlərdəki volatilliyi ilə münasibətini ölçür. Məlum olub ki, indiki bazar hətta 2000-ci illərin dotkom balonu dövründən də daha qeyri-sabitdir. BofA analitikləri qeyd edir ki, bu indikatorun rekord səviyyəyə qalxması bazarın sabah yaxud da birigün çökəcəyini ifadə etmir. Belə bir həssas mühit uzun müddət davam edə bilər, lakin bazarın çökmə riski qaçılmazdır. Bogdanoff Market Research analitikləri bildirir ki, bazarın çökməsi…

Read More

Bakı Fond Birjasının (BFB) nümayəndə heyəti Qazaxıstanın Almata şəhərinə işgüzar səfər edib. GDP xəbər verir ki, səfər çərçivəsində BFB və Qazaxıstan Fond Birjası (KASE) rəhbər heyəti arasında görüş keçirilib. Görüşdə hər iki birjanın 2024-cü ilin yekun nəticələri, ticarət platformalarının və məlumat mübadiləsi mexanizmlərinin inkişafı, yaşıl istiqrazlar sahəsində təcrübə mübadiləsi və yeni texnologiyaların tətbiqi imkanları müzakirə olunub. Bundan əlavə, 14 fevral tarixində BFB nümayəndə heyəti KASE-nin Tabadul Hub platformasına qoşulması münasibətilə təşkil edilən Beynəlxalq Konfransda iştirak edib. Konfransda Qazaxıstan rəsmiləri, korporativ sektorun və beynəlxalq fond birjalarının nümayəndələri iştirak ediblər. Panel müzakirələrində inkişaf edən bazarların keçdiyi yollar, regional ticarət üzrə əməkdaşlıq və…

Read More

Azərbaycanın ən iri vergi ödəyicilərinin siyahısı açıqlanıb. GDP xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, 2024-cü ilin göstəricilərinə görə, ölkənin ən böyük vergi ödəyicisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olub. Şirkət dövlət büdcəsinə 1,495.1 milyon AZN vergi ödəyib. SıraŞirkətMəbləğ (milyon AZN)1SOCAR “AZNEFT” İB1.495,12TABATERRA MMC689,33BP Eksploreyşn (Azərbaycan) Limited664,34LUKOYL Oversiz Şah Dəniz Ltd.524,65Turkish Petroleum Overseas Company Ltd.422,76SAUF Kokazus Payplayn Kompani Limited292,07BP Eksploreyşn (Kaspian Si) Limited268,98Azərbaycan (EYSC) Limited188,09Kapital Bank ASC170,610SOCAR H.Əliyev adına NEZ133,011Azərbaycan Beynəlxalq Bankı ASC131,412Azercell Telekom MMC127,613PAŞA Bank ASC105,714Azərlotereya ASC92,415SOCAR Qaz İxrac İdarəsi89,616Azərişıq ASC74,717Kalyon RSY İnşaat71,018İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti70,619LUKOIL-Azərbaycan QSC69,120Turkish Petroleum SCP Limited68,521SOCAR “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi64,122SOCAR62,423Umid Babek Operating…

Read More

Azərbaycanın ən iri vergi ödəyicilərinin siyahısı açıqlanıb. Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, 2024-cü ilin göstəricilərinə görə, ölkənin ən böyük vergi ödəyicisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olub. Şirkət dövlət büdcəsinə 1,495.1 milyon AZN vergi ödəyib. Siyahıda ikinci yerdə “Tabaterra” MMC qərarlaşıb. Tütün və tütün məmulatları istehsalı ilə məşğul olan bu şirkət 689.3 milyon AZN vergi ödəyərək ölkənin ən iri vergi ödəyicilərindən biri olub. Üçüncü pillədə isə BP Eksploreyşn (Azərbaycan) Limited qərarlaşıb. Bu şirkət dövlət büdcəsinə 664.3 milyon AZN köçürüb. İlk onluğa daxil olan digər iri vergi ödəyiciləri isə bunlardır: LUKOYL Oversiz Şah Dəniz Ltd. – 524.6 milyon AZN Turkish Petroleum Overseas…

Read More

Səudiyyə Ərəbistanı Krallığının Maliyyə Nazirliyi və Beynəlxalq Valyuta Fondunun dəvəti və təşkilatçılığı ilə Əl-Ula şəhərində keçirilən “İnkişaf etməkdə olan bazar iqtisadiyyatlarına dair konfrans”da Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov iştirak edib. Taleh Kazımov konfrans çərçivəsində təşkil olunan “İnkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə sisteminin dayanıqlılığı” panelində çıxış edərək, qlobal iqtisadi qeyri-müəyyənliklər və geosiyasi təlatümlər fonunda Azərbaycanın üzləşdiyi çağırışlardan danışıb. O, ölkədə maliyyə sabitliyinin təmin olunmasında Mərkəzi Bankın qabaqlayıcı rejimdə həyata keçirdiyi təşəbbüsləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Mərkəzi Bankının rəhbəri sosial media hesabında konfransla bağlı paylaşım edərək bildirib:”İnkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə sisteminin dayanıqlılığı mühüm əhəmiyyət daşıyır. Qlobal mühitdə formalaşan qeyri-müəyyənliklər və geosiyasi təlatümlər fonunda…

Read More

ABŞ Maliyyə Nazirliyi bir sıra Rusiya banklarının beynəlxalq ödəniş sistemi olan SWIFT-ə yenidən qoşulmasına imkan yaratmaq üçün iş aparır. GDP xəbər verir ki, məlumata görə, təxminən 20 kredit təşkilatı bu sistemə daxil edilə bilər. Mütəxəssislərin fikrincə, bu addım müəyyən iqtisadi və siyasi səbəblərlə əlaqədardır. Xüsusilə, enerji və digər strateji sahələrdə beynəlxalq ticarətin sadələşdirilməsi məqsədi daşıya bilər. Qeyd edək ki, Rusiya banklarının əksəriyyəti Ukrayna münaqişəsi səbəbindən tətbiq edilən sanksiyalar çərçivəsində SWIFT-dən ayrılmışdı. Hazırda bu məhdudiyyətlərin qismən yumşaldılması məsələsi gündəmdədir. ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, ekspertlər yaxın həftələrdə konkret siyahının açıqlanacağını gözləyirlər.

Read More

Ötən il Azərbaycanda sənaye zonalarında avtomobil istehsalı əhəmiyyətli dərəcədə artaraq 6 minə yaxın olub. GDP xəbər verir ki, 2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib. Agentliyin məlumatına görə, təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb. Sözügedən dövrdə sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və digər markalı avtomobillər istehsal edilib. Artan istehsal həcmi ölkənin avtomobil…

Read More