Author: Aynure Gdp

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub. Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi. Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunuldu, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik…

Read More

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib. Qeyd edək ki, təqaüd proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək. 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi…

Read More

Son 30 ticarət sessiyası ərzində qızılın qiymət volatilliyi bitkoinin volatilliyini üstələyib. Bu isə qeyri-adi hal hesab olunur, çünki qiymətli metal ənənəvi olaraq daha sabit aktiv sayılır. GDP xəbər verir ki,bu barədə Bloomberg yazır. Belə vəziyyət bitkoinin 17 illik tarixində cəmi iki dəfə qeydə alınıb. Onlardan biri ötən ilin may ayında, ABŞ prezidenti Donald Trampın elan etdiyi idxal rüsumlarının yaratdığı bazar panikası fonunda baş verib. Cümə günü qızılın qiyməti 9% ucuzlaşıb ki, bu da son 10 ilin ən yüksək günlük enişidir. Həmin enişdən əvvəl qiymətli metal unsiya üçün 5 594,82 dollar səviyyəsində tarixi maksimuma yüksəlmişdi. Bazar ertəsi günü qızıl demək olar…

Read More

Azərbaycan dövlət şirkəti AzerGold CJSC ilə Türkiyənin Türk Altın İşletmeleri arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. GDP xəbər verir ki, bu barədə Türk Altın İşletmeleri-nin CEO və Baş direktoru Alp Beyaz məlumat verib. Onun sözlərinə görə, Bakıda keçirilən görüşdə AzerGold CJSC-nin İdarə Heyətinin sədri (CEO) Zakir Ibrahimov və şirkətin rəhbər heyəti ilə məhsuldar müzakirələr aparılıb. Görüş zamanı mədənçilik sahəsində bilik və təcrübə mübadiləsi, texniki əməkdaşlıq, eləcə də strateji tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında mədən sənayesi istiqamətində güclü və dayanıqlı sinerjinin formalaşdırılması potensialını dəyərləndiriblər. Alp Beyaz azərbaycanlı tərəfin səmimi qonaqpərvərliyini və yüksək səviyyəli ev sahibliyini…

Read More

Qızıl və gümüş bazarlarında müşahidə olunan kəskin ucuzlaşma qlobal maliyyə bazarlarında riskdən qaçış dalğasını gücləndirib. Metallardakı satışlar səhmlərə, kriptovalyutalara və enerji bazarına da sirayət edərək investorların mövqelərini yenidən qiymətləndirməsinə səbəb olub. Nəticədə ABŞ fond bazarının əsas göstəricilərindən olan S&P 500 fyuçersləri ilin əvvəlindən formalaşmış qazancı qısa müddətə itirmə riski ilə üzləşib. Bazar məlumatlarına görə, S&P 500 fyuçersləri gündaxili 1,5%-lik enişdən sonra təxminən 0,8% aşağı səviyyədə ticarət olunub. Qlobal səhmləri əhatə edən MSCI ACWI indeksi də Asiya bazarlarında satışların güclənməsi fonunda geriləyib. Xüsusilə Cənubi Koreyanın Kospi indeksi region üzrə enişlərə liderlik edib. Metal qiymətlərində tarixi dalğalanma Ən diqqətçəkən proses qiymətli metallar…

Read More

Gümüşün spot qiyməti ötən cümə günü qeydə alınan rekord ucuzlaşmadan sonra bazar ertəsi də enişini davam etdirir. Bakı vaxtı ilə saat 10:58-ə olan məlumata görə, gümüşün spot qiyməti 12,7% azalaraq təxminən unsiyası 74,34 dollar səviyyəsinə düşüb. Sessiya ərzində qiymət unsiyası 72,79 dollara qədər geriləyib. Bununla yanaşı, gün ərzində kotirovkalar 3%-dən çox da yüksəlib. Qızılın spot qiyməti isə Bakı vaxtı ilə saat 11:01-də 7,9% azalaraq unsiyası 4 510,28 dollar olub. Sessiya ərzində qiymət 4,5 min dolların da altına enib. Cümə günü gümüş rekord 26%, qızıl isə son on ildən artıq dövrün maksimumu olan 9% ucuzlaşıb. Qiymətlər bir gün əvvəl müəyyən edilmiş…

Read More

Rabitəbank ASC-nin İdarə Heyətinin qərarına əsasən, Anar Tağıyev 2026-cı ilin 2 fevral tarixindən etibarən bankın Maliyyə üzrə İcraçı direktoru vəzifəsinə təyin olunub. Anar Tağıyev bank və maliyyə sektorunda peşəkar fəaliyyətinə 2010-cu ildən başlayıb. Müxtəlif dövrlərdə müştəri xidmətləri, mühasibatlıq, maliyyə nəzarəti və büdcə idarəçiliyi sahələrində çalışaraq həm regional, həm də mərkəzi strukturlarda məsul vəzifələr icra edib. Eyni zamanda, dövlət qurumlarında layihələrin idarə olunması və maliyyə məsləhətçiliyi istiqamətlərində fəaliyyət göstərib. Bu dövr ərzində maliyyə nəzarəti, uçot, strateji planlaşdırma və institusional maliyyə idarəetməsi üzrə geniş praktiki təcrübə qazanıb. 2021-ci ildən Rabitəbank ASC-də Maliyyə Menecmenti departamentinin rəhbəri kimi fəaliyyət göstərən Anar Tağıyev bankın maliyyə…

Read More

Norm şirkətinin yerli tərəfdaş olduğu ICCX Academy Baku beynəlxalq beton konfransı və sərgisi uğurla başa çatıb. 200-dən çox iştirakçının, 20-dən çox sərgi iştirakçısının bir araya gəldiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən olan beton mütəxəssisləri aktual mövzularda təqdimatlarla çıxış ediblər. Gün boyu davam edən konfransda beton texnologiyalarının tətbiqində dünya təcrübəsi, dayanıqlı inkişafı dəstəkləyən inşaat materialları, eləcə də tikinti sektorunda CO₂ emissiyalarının azaldılması strategiyaları diqqət mərkəzində olub. Tədbirdə, həmçinin, Azərbaycanın müasir dəmir-beton konstruksiyalarına keçidi mövzusunda panel müzakirəsi baş tutub. Paneldə şirkətin CEO-su Henning Sasse və sərgi iştirakçısı olan beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər. Sessiya zamanı Azərbaycanda sənaye binalarının inşasında mövcud yanaşmalar və gələcəkdə…

Read More

OPEC+ çərçivəsində neft hasilatının könüllü məhdudlaşdırılmasında iştirak edən səkkiz ölkənin nazirləri növbəti aylıq görüşün yekununda hasilatın artırılmasına qoyulan fasilənin ilin birinci rübündə də davam etdirilməsi barədə qərar qəbul ediblər. GDP xəbər verir ki,bu barədə OPEC-in yaydığı məlumatda bildirilir. Qərara əsasən, mart ayı üçün neft hasilatı kvotaları dekabr ayında qüvvədə olan səviyyədə saxlanılacaq. Bu yanaşma daha əvvəl razılaşdırılmış planlara uyğun olaraq həyata keçirilir. Məlumatda qeyd olunur ki, mövcud qərar qlobal neft bazarında tarazlığın qorunması, tələb-təklif balansının sabit saxlanılması və qiymət volatilliyinin azaldılması məqsədi daşıyır. OPEC+ ölkələri bazardakı vəziyyəti aylıq əsasda qiymətləndirməyə və zərurət yaranacağı təqdirdə siyasətə yenidən baxmağa davam edəcəklər.

Read More

Qızıl investisiyaları geniş spektrli və bir-biri ilə kəsişən geosiyasi və iqtisadi risklərlə şərtlənir, lakin Citi analitiklərinin fikrincə, bu risklərin təxminən yarısı ilin sonuna qədər aradan qalxa bilər. Onların proqnozuna  görə, qızıla tələbi dəstəkləyən əsas risklərdən bəziləri — ABŞ ilə Çin arasında gərginlik, Çin–Tayvan münasibətlərində risklər, ABŞ-ın dövlət borcu ilə bağlı narahatlıqlar və süni intellekt ətrafında qeyri-müəyyənlik — qiymətləri tarixi ölçülərlə müqayisədə yüksək səviyyədə saxlayacaq. Bununla belə, bankın qiymətləndirməsinə əsasən, hazırda qızıl qiymətlərinə daxil edilmiş risklərin təxminən yarısı ya 2026-cı ildə reallaşmayacaq, ya da bu ildən sonra davam etməyəcək. “Biz görürük ki, Tramp administrasiyası 2026-cı il aralıq seçkiləri ilində ABŞ üçün…

Read More