- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Mərkəzi Bank və UnionPay arasında əməkdaşlığa dair memorandum imzalanıb GDP xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Çinin UnionPay ödəniş sistemi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə videokonfrans formatında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov və UnionPay-in sədri Van Lis iştirak edib. Tərəflər ödəniş kartlarının emissiyası, eləcə də QR kod texnologiyaları üzrə qarşılıqlı əlaqəliliyin gücləndirilməsi və bu sahədə birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Görüş zamanı kart infrastrukturunun inkişafı və rəqəmsal ödəniş həllərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşün yekununda tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılmasını, institusional əlaqələrin möhkəmləndirilməsini və birgə layihələrin…
Müştərilərinə innovativ bankçılıq həlləri təqdim edən Rabitəbank, Rabita Mobile tətbiqi üzərindən istifadəyə verdiyi Rabita Invest xidməti ilə investisiya prosesini daha rahat və əlçatan edib. ABŞ birjalarında yer alan Tesla, Microsoft, Nvidia, Apple və digər minlərlə beynəlxalq şirkətin səhmlərini, eyni zamanda ETF-ləri həm tam, həm də hissəvi şəkildə almaq mümkündür. Hətta səhm bir hissəsinə yatırım imkanından yararlana bilirlər. Xidmət investisiyaya yeni başlayanlar üçün sadə interfeys, təcrübəli investorlar üçün isə çevik və funksional alətlər təqdim edir. Platformanın əsas üstünlükləri arasında sürətli mədaxil və məxaric, məsafədən hesab açmaq imkanı, səhm müəyyən edilmiş qiymətə çatdıqda avtomatik əməliyyat funksiyası və investisiyaların rahat idarə olunması yer…
2024 və 2025-ci illərin dekabr aylarının göstəriciləri Mərkəzi Bankın monetar əməliyyatlarında həm faiz siyasəti, həm də likvidliyin idarə olunması alətləri üzrə aydın istiqamət dəyişikliyini göstərir. Göstəricilərə əsasən, son bir ildə faiz dəhlizi aşağı çəkildiyi, eyni zamanda bank sektorunun artıq vəsaitinin Mərkəzi Bankda yerləşdirilmə forması dəyişdiyi müşahidə edilir. GDP xəbər verir ki, 2025-ci ilin dekabrında faiz parametrləri 2024-cü ilin eyni ayı ilə müqayisədə vahid şəkildə azalıb. Faiz dəhlizinin yuxarı həddi (1 günlük əks repo) 8,25%-dən 7,75%-ə enib — bu, 0,5 faiz bəndi və ya təxminən 6% nisbi azalma deməkdir. Faiz dəhlizinin aşağı həddi (1 günlük depozit) 6,25%-dən 5,75%-ə düşüb — 0,5…
“Nar” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq və insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və “Nar”ın baş icarçı direktoru Özgür Genc tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində tərəflər iş yarmarkalarının birgə təşkili, işaxtaran və işsiz şəxslərin peşəyönümü və peşə hazırlığının dəstəklənməsi, bilik və bacarıqların artırılması üzrə təşəbbüslərin həyata keçirilməsi, həmçinin korporativ sosial münasibətlərin inkişafına yönəlmiş layihələr üzərində işləyəcəklər. Anlaşma memorandumunun imzalanma mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını…
“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. GDP xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev “Bir” ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib. Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib. O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir.…
İnnovasiya lideri Bakcell 21-ci əsrin proqramlaşdırma akademiyası olan Peerstack Academy ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsində potensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğun proqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsində ixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib. Peerstack Academy layihəyönümlü və praktiki yanaşmaya əsaslanan proqramlaşdırma təlimləri təqdim edən müasir IT akademiyasıdır. Akademiyanın kampusu Azərbaycan Texniki Universitetinin binasında yerləşir. Tədris modeli real iş mühitinə uyğun bacarıqların formalaşdırılmasına və beynəlxalq standartlara cavab verən texnoloji mütəxəssislərin hazırlanmasına fokuslanır. Hazırda Peerstack Academy-də 100-dən çox aktiv tələbə təhsil alır. Tərəfdaşlıq çərçivəsində ilk il ərzində 250 tələbənin təqaüd proqramı ilə əhatə…
“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi prosesinin səmərəliliyinin artırılması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən yeni Metodologiya təsdiqlənib. GDP Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, metodologiya Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla qəbul olunub. Metodologiyanın əsas məqsədi qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan real depozit faiz dinamikasına uyğunlaşdırılması, həmçinin bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən edilməsidir. Aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan depozitlər) üzrə…
ABŞ texnologiya nəhəngi Microsoft-un bazar kapitallaşması bir ticarət günü ərzində 400 milyard dollardan artıq dəyər itirib. Bu, tarixdə qeydə alınan ən böyük ikinci kapitallaşma azalması kimi qiymətləndirilir. Rekord həcmli eniş isə ötən il Nvidia şirkətində baş verib — həmin vaxt şirkətin dəyəri bir gündə 593 milyard dollar geriləmişdi. Bu düşüş DeepSeektərəfindən təqdim edilən daha ucuz süni intellekt modelindən sonra qeydə alınmışdı. Son azalma həcmi S&P 500 indeksinə daxil olan şirkətlərin təxminən 96%-nin bazar dəyərindən daha böyükdür. Eyni zamanda, bu rəqəm Finlandiya, Vyetnam və Polşanın fond bazarlarının ümumi kapitallaşmasını da üstələyir. Bazar dəyərindəki kəskin geriləmə Microsoft-un birja bağlandıqdan sonra açıqladığı maliyyə…
Tural Hicrət oğlu Feyzullayev 2026-cı ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. GDP xəbər verir ki, o bu vəzifədə Rəna Məlikovanı əvəzləyib. Məlikova müşavir təyin edilib. 1990-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini “Beynəlxalq və Avropa hüququ”, 2014-cü ildə isə həmin universiteti “Beynəlxalq biznes hüququ” ixtisasları üzrə magistr dərəcələri ilə bitirmişdir. Əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holding” MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlamışdır. 2015-2016-cı illərdə Mərkəzi Bankın Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində…
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu-nun zəmanəti ilə sahibkarlara verilən kreditlərin həcmi 684 milyon manata çatıb. GDP xəbər verir ki, məlumata görə, ölkədə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu siyasət İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bildirilib ki, Prezidentin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanına əsasən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verilməsi və həmin kreditlər üzrə hesablanan faizlərə subsidiya mexanizmi tətbiq olunur. Fərmana uyğun olaraq kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişafı Fondun prioritet vəzifəsi kimi müəyyən edilib. 2026-cı il yanvarın 1-nə…
